29/11/2019 15:43

Özbəkistan Çindən QW-18 ZRK alıb

Özbəkistan Silahlı Qüvvələri Çindən QW-18 daşınan yaxın məsafəli zenit-raket kompleksi (ZRK) alıb.

Bu barədə “AzeriDefence” Özbəkistan Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Özbəkistan Müdafiə Nazirliyinin yayımladığı videoda “Çirçik” poliqonunda qoşunların silalanmasında yer alan QW-18 daşınan zenit-raket kompleksi nümayiş etdirilib. Buna qədər Özbəkistana QW-18 ZRK-nin tədarükü barədə məlumat verilməyib.

QW-18 ZRK QW-11G kompleksinin təkmilləşdirilmiş versiyasıdır. Zahiri görünüşcə QW-11G-dən çox da fərqlənməyən QW-18 ZRK-nin atış imkanları əhəmiyyətli dərəcədə artırılıb.

Qeyd edək ki, Özbəkistan Silahlı Qüvvələri Çindən FD-2000 uzaq mənzilli ZRK-ləri də əldə edib.