30/03/2018 13:36

Özbəkistan Mi-35M döyüş helikopterləri alır

Özbəkistan Silahlı Qüvvələri Rusiyanın “Vertalyotı Rosii” şirkətindən Mi-35M helikopterləri alacaq.

“AzeriDefence”nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov İrəvanda keçirilən “ArmHiTec 2018” müdafiə sərgisində jurnalistlərə bildirib.

V.Drojjov qeyd edib ki, Rusiya və Özbəkistan arasında 10-dan çox Mi-35 helikopterin tədarükünə dair müqavilə imzalanıb.