02/12/2018 12:36

Özbəkistan Ordusu TRG M10 snayper tüfəngləri alıb – FOTOLAR

Özbəkistan Silahlı Qüvvələri Finlandiyanın “Sako” şirkətinin istehsalı olan TRG M10 snayper tüfəngləri alıb.

“AzeriDefence”nin xəbərinə görə, TRG M10 snayper tüfəngləri ilk dəfə Özbəkistan Silahlı Qüvvələrinin genişmiqyaslı taktiki təlimlərinin gedişatında nümayiş etdirilib.

Özbəkistan Müdafiə Nazirliyinin yayımladığı fotolardan məlum olduğu qədər “Sako” şirkətindən TRG M10 snayper tüfənginin bir neçə fərqli konfiqurasiyaları alınıb.

Qeyd edək ki, tüfəngin .308 Win kalibrli patronlardan istifadə edən iki və .338 LM patronlardan istifadə edən bir modeli mövcuddur.