23/12/2015 10:10

Özbəkistan Sərhəd Qoşunlarının Komandanı Azərbaycana rəsmi səfərə gəlib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistanın Milli Təhlükəsiz­lik Xidməti sədrinin müavini – Sərhəd Qoşunlarının Komandanı, general-mayor Rustam Eminjanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərə gəlib.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 21-də səfərə gələn nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildiriblər, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstə­qilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Səfər çərçivəsində Azərbaycan Dövlət Sərhəd Xidməti və Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, sərhəd aviasiyası, kadrların hazırlaşdırılması, miqrasiya proseslərinin idarə edilməsi, beynəlxalq tədbirlər və  layihələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub, qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.

Bununla yanaşı tərəflər sərhəd təhlükəsizliyinə qarşı yönələn təhdidlərlə, əsasən də beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transsərhəd xarakterli digər əməllərlə mübarizənin vacibliyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təh­didlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi qeyd olunub, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılan islahatlar və əldə olunan nailiyyətlər barəsində ətraflı məlumat verilib.

Səfər çərçivəsində qonaqlar DSX Aparatının struktur böl­mələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, DSX Akade­miyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Atçılıq Mərkəzi və digər bölmələrlə tanış olublar.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????