17/04/2018 16:50

Özbəkistan Silahlı Qüvvələri yeni geyimə keçir – FOTOLAR

Özbəkistan Silahlı Qüvvələri yeni mərasim və səhra geyimlərinə keçməyə hazırlaşır.

Bu barədə “AzeriDefence” Özbəkistan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Nazirliyin yaydığı məlumata görə, yeni formaların seçimi və hazırlanmasında Almaniya, Pakistan, Rusiya, İtaliya, Azərbaycan və Türkiyənin hərbi geyimləri öyrənilib.

Maraqlı məqam ondan ibarətdir ki, Müdafiə Nazirliyinin nümayiş etdirdiyi fotolardan göründüyü qədər Quru Qoşunlarına səhra geyimi kimi təklif olunan nümunələrdən biri də Azərbaycan və Türkiyə ordularında mövcud olan vahid rəqəmsal kamuflyajın rəngi bir qədər tündləşdirilmiş versiyasıdır.

Geyimlərin tikiləcəyi xüsusi parçalar yerli “Apitekst” MMC tərəfindən istehsal edilib. Nümunələr “Smart-Tex”, “İdeal” və “Narimteks” şirkətləri tərəfindən hazırlanıb.