31/07/2019 18:57

Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqəsinin hazırlıq məşqləri keçirilib – FOTOLAR

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Özbəkistanda keçiriləcək “Hərbi-tibbi estafet” müsabiqəsində iştirak edən ölkələrin hərbi qulluqçuları bu gün hazırlıq məşqlərinə başlayıblar.

Bu barədə “AzeriDefence”yə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avqustun 4-də başlayacaq yarışlarda Azərbaycanın da daxil olduğu 10 ölkənin qadın və kişi hərbi qulluqçularından ibarət komanda iştirak edəcək.

İştirakçılar hazırlıq məşqlərində AK-74 avtomatından və PM tapançasından atışlar edib, “Tayfun-K” minaya qarşı qorumalı zirehli avtomobil ilə maneəli zolaqlarla hərəkət edib, o cümlədən hərbi həkimlər yaralıların təxliyəsini həyata keçiriblər.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində “Hərbi-tibbi estafet” müsabiqəsi ilk dəfədir keçirilir.