24/01/2019 20:55

Özbəkistanda yeni ali hərbi təhsil müəssisəsi yaradılıb

Özbəkistanda yeni ali hərbi təhsil müəssisəsi yaradılıb.

Bu barədə “AzeriDefence”yə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Özbəkistan prezidentinin yanvar ayının 17-də imzaladığı fərmanla Məhəmməd əl Xarəzmi adına Daşkənd informasiya-rabitə texnologiyaları Universitetinin Xüsusi informasiya texnologiyaları fakültəsinin əsasında Xüsusi informasiya və rabitə texnologiyaları İnstitutut yaradılıb. Yeni təhsil müəssisəsi Özbəkistanın Müdafiə Nazirliyinin tabeliyinə verilib.

Təhsil müddəti 2 il təşkil edən institutda 6 istiqamət üzrə rabitə mühəndisləri hazırlanacaq.