Özbəkistanda yeni müdafiə naziri təyin olunub

Özbəkistanda yeni müdafiə naziri təyin olunub.
“AzeriDefence”nin Özbəkistan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, prezident Şevkat Mirzəyevin imzaladığı fərmanla müdafiə naziri general-leytenant Abdusalom Əzizov tutduğu vəzifədə azd edilərək Dövlət Təhlükəsizlik Xidmətinin sədri təyin olunub.
Digər sərəncamla Daşkənd Hərbi Dairəsi qoşunlarının komandanı general-mayor Bahodur Qurbanov Özbəkistanın yeni müdafiə naziri təyin edilib.
Qeyd edək ki, Abdusalom Əzizov 2017-ci ilin sentyabr ayından Özbəkistanın müdafiə naziri vəzifəsini tutub.