18/04/2019 23:26

Özbəkistanın Müdafiə Nazirliyi yerli antidron silahını test edib -FOTO

Özbəkistan Silahlı Qüvvələrinin zabitləri tərəfindən hazırlanmış yeni antidron silahının sınaqlarını keçirib.

“AzeriDefence”nin Özəbkistan Müdafiə Nazirliyinin mətbuat xidmətində istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabitləri tərəfindən layihələndirilmiş daşınan antidron silah sistemi aprelin 17-də müdafiə naziri Bahadur Qurbanova təqdim olunub.

Antidron silahı “DJİ Phantom” tipli dronlara qarşı uğurla tətbiq edilib. Silahın üzərində təkmilləşdirmələr davam etdirilir.

Videodan göründüyü qədər silah xarici analoqlarında olduğu kimi maneə qoymaqla dronların idarəetməsini ələ keçirir və endirilməsini təmin edir.

Silah kiçik ölçülü əl pulemyotunun şassisndə hazırlanıb. Enerji bloku isə pulemyotun sursat qutusu formasında silaha yerləşdirilib. Silahın lüləsinə istiqamətləndirilmiş iki antena birləşdirilib.

Özbəkistan Müdafiə Nazirliyi silahın texniki-taktiki göstəricilərini açıqlamayıb.