15/05/2017 13:14

PAK FA təyyarəsinin yeni fotoları yayımlanıb

Rusiyanın Т-50-9 PAK FA beşinci nəsil döyüş təyyarəsinin yeni fotoları yayımlanıb.

“AzeriDefence”nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 24 aprel 2017-ci ildə qırıcı təyyarə Komsomolsk-Amurda ilk uçuşunu həyata keçirsə də, bu uçuş haqqında nə rəsmi məlumat, nə də hər hansı bir şəkil mətbuatda dərc edilməyib. Ancaq mayın 12-də Jukovski şəhərindəki aerodromda qırıcının bütün ölkə üzərində hərəkətini təmin edə biləcək sınaq uçuşları həyata keçirilib.

Beşinci nəsil Т-50-9 PAK FA qırıcısının rənglənməsində ABŞ Hərbi Hava Qüvvələrlərinin təyyarələrindəki rənglərdən istifadə edilib.