07/12/2018 12:44

Pakistan 20 ədəd Mi-35M helikopteri alır

Rusiyanın “Rosoboroneksport” şirkəti Pakistan Ordusuna Mi-35M döyüş helikopterinin növbəti partiyasını çatdırıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, Pakistana tədarük edilən 4 ədəd Mi-35M helikopteri tərəflər arasında 2015-ci ilin avqustunda imzalanmış müqavilə əsasında həyata keçirilib.

Helikopterlərin ilk partiyası 2017-ci ildə sifarişçiyə çatdırılıb. Hazırda Pakistan tərəfi daha 5 ədəd Mi-35M helikopterin satın alınması haqqında danışıqlar aparır.

Pakistan Silahlı Qüvvələri 20 ədəd belə döyüş helikopteri əldə etməyi planlaşdırır.