05/01/2017 17:19

Pakistan “Al-Khalid” tankının yeni versiyasını yaradır

Pakistanın “Heavy Industries Taxila” (HIT) şirkəti “Al-Khalid” (T-80UD) tankının yeni versiyasını hazırlayır.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Yeni “Al Khalid-2”nin mühərriki analoqları arasında mühüm yerlərdən birini tutur.

6TD-2 dizel mühərriki 1500 at gücünə malikdir və Ukraynanın Xarkov Maşınqayırma və Konstruktor Bürosunun  birgə məhsuludur.

“Al Khalid-2” 6 pilləli ötürücü transmissiyaya malik olacaq. Bunada başqa “Al Khalid-2” yeni zireh korpusu ilə RPQ və tank əleyhinə idarə olunan raketlərə qarşı müdafiəni gücləndirəcək.

Bununla yanaşı Türkiyənin ASELSAN şirkəti ilə “Al Khalid-2” tankı üçün son nəsil elektron sistemləri, atəşin idarəolunması sistemi, elektrik-optik sistemləri və rabitə sistemlərinin təchiz olunması ilə bağlı danışıqlar aparılır.

125 mm çaplı yivsiz lüləli topa malik “Al Khalid-2” tankın silahı həmçinin idarə olunan raket mərmilərindən atəş açmağa da uyğunlaşdırıla biləcək.

Tankın 12,7 mm-lik pulemyotu da məsafədən idarə olunan döyüş modul ilə əvəz oluna bilər.