10/01/2017 12:15

Pakistan “Babur-3” raketinin dənizaltıdan atış testini keçirdi

babur

Pakistan 450 km mənzilə sahib “Babur-3” qanadlı raketin Hind Okeanında dənizaltıdan ilk buraxılışını həyata keçirib.

Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə (İSPR) istinadən məlumat verib.

Atışın uğurlu keçdiyi bildirilsə də, İSPR raketin testlərinin keçirildiyi bölgəni gizli saxlayıb.

Test atışı zamanı raket sualtı pltformadan azadf olduqdan sonar hədəfi yüksək dəqiqliklə vurub.

“Babur-3” raketi nüvə başlığı da daxil olmaqla müxtəlif növ döyüş yükü daşımağa qadirdir.

Xəbər Lenti