30/03/2018 13:15

Pakistan dəniz altından atılan “Babur” qanadlı raketin sınaqlarını tamamlayıb

Pakistan təxminən “Babur” qanadlı raketinin dənizaltıdan buraxılan 450 km mənzilə sahib versiyasının (SLCM Babur) sınaqlarını tamamlayıb.

Bu barədə “AzeriDefence”yə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr mərkəzindən (İSPR) məlumat verilib.

“SLCM Babur” müxtəlif döyüş yüklərinin çatdırılması, idarə olunan sualtı hərəkət və dəqiq naviqasiya xüsusiyyətləri daxil olmaqla, ən müasir texnologiyaları özündə birləşdirir.

Dəniz altında hərəkətdə olan platformadan atılan raket yüksək dəqiqliklə müəyyən edilmiş hədəfi vurub. Sınaq zamanı raketin bütün parametrlərə cavab verdiyi müəyyən edilib.

Qeyd edək ki, Pakistan 2017-ci ilin yanvar ayında 450 km mənzilə sahib “Babur-3” qanadlı raketin Hind Okeanında dənizaltıdan ilk buraxılışını həyata keçirib. Test atışı zamanı raket sualtı platformadan azad olduqdan sonar hədəfi yüksək dəqiqliklə vurub. “Babur-3” raketi nüvə başlığı da daxil olmaqla müxtəlif növ döyüş yükü daşımağa qadirdir.