23/11/2017 15:19

Pakistan dənizaltılarını “SharpEye” radarı ilə təchiz edəcək

Pakistan “SharpEye” sualtı radar sisteminin tədarükü üçün “Kelvin Hughes” şirkətinə sifariş verib.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, “Kelvin Hughes” şirkəti ilk dəfə bu ilin fevral ayında Pakistan Dəniz Qüvvələrindən eyni radar sistemi üçün sifariş alıb. Şirkətdən bildirilib ki, yeni sifariş üzrə çatdırılma 2019-cu ildə olacaq. İlk sifarişin təhvili isə 2018 ərzində planlaşdırılır.

“SharpEye” sualtı radar sistemləri, dəniz qüvvələrinin “Xalid” sinifli (Fransız “Agosta 90B”) dənizaltılarında istifadə ediləcək.

Qeyd edək ki, Pakistan Dəniz Qüvvələrinin inventarında 3 ədəd “Agosta 90B” dənizaltısı mövcuddur.