08/09/2017 11:02

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana səfərə gələcək – EKSKLÜZİV

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın Azərbaycana səfəri planlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, marşal Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya sentyabrın 19-da gələcək.

Pakistan nümayəndə heyətinin Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşləri, HHQ-nin bazalarına səfəri nəzərdə tutulur.

Görüşdə Pakistan və Azərbaycan arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.