27/02/2019 12:33

Pakistan Hindistanın iki döyüş təyyarəsini vurdu – VİDEO

Pakistan Hərbi Hava Qüvvvələri (HHQ) Hindistana aid iki döyüş təyyarəsini vurub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi general-mayor Asif Qafur özünün “Twitter” səhifəsində yazıb. O, Hindistan Hərbi Hava Qüvvvələrinə məxsus döyüş təyyarələrinin təmas xəttində, Müzəffərabad sektorunda 3-4 mil ölkə ərazisinə soxulduğunu bildirib.

“Pakistan Hərbi Hava Qüvvvələri Pakistan hava sahəsində iki hind təyyarəsini vurdu. Döyüş təyyarələrindən biri Azad Kəşmir ştatının ərazisinə, digəri isə Hindistanın işğalı altında olan Kəşmir ərazisinə düşüb”, – deyə general-mayor Asif Qafur bildirib.

Qeyd edək ki, general-mayor Asif Qafur xəbəri iki saat öncə paylaşıb.