05/02/2018 13:09

Pakistan səfiri: “Azərbaycanla hərbi əməkdaşlıq bizim üçün prioritet mövzulardan biridir”

Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq prioritet mövzulardan biridir.

“AzeriDefence”nin məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Səfir bildirib ki, ötən il Pakistanla Azərbaycan arasında 10 ədəd “Super Mushshak” təlim təyyarəsinin alğı-satqısına dair müqavilə imzalanıb.

“Bu ilin yanvarında hərbi əməkdaşlıq üzrü işçi qrupunun 8-ci görüşü olub. Dağlıq Qarabağ problemi bizim üçün Kəşmir məsələsi ilə eynidir. Azərbaycan bundan əziyyət çəkir və biz dəstəyimizi davam etdirəcəyik”, – deyə səfir S.Mohmand bəyan edib.