12/10/2017 00:14

Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfər edəcək – ÖZƏL

Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübeyr Mahmud Həyatın Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə diplomatik mənbələrdən məlumat verilib.

General Zübeyr Mahmud Həyatın səfəri noyabr ayına nəzərdə tutulub. Hazırda səfərin qrafiki və proqramı dəqiqləşdirilir.

Qeyd edək ki, sentyabr ayında Pakistan Hərbi Hava Qüvvələrinin komandanı da Azərbaycanda səfərdə olub.