21/04/2015 21:31

Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Akademiyada olub

Pakistan Milli Müdafiə Universitetinin və “Milli Təhlükəsizlik və Müharibə kursu”nun nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev qonaqlara Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sahəsində qazanılan nailiyyətlər və bir sıra digər məsələlərə dair ətraflı məlumat verib.
Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Manoçehr Kayani səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Tədbirdə qonaqlara “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “Xəzər dənizinin statusu” mövzularında brifinqlər təqdim olunub.