03/09/2019 18:45

Pakistan “TurAz Qartalı-2019” təliminə müşahidəçi qismində qatılıb

Pakistan ilk dəfə olaraq “TurAz Qartalı” Azərbaycan-Türkiyə birgə hərbi hava təliminə müşahidəçi qismində qatılıb.

“AzeriDefence”nin məlumatına görə, bu gün təlimin açılış mərasimində Pakistanın Azərbaycandakı hərbi attaşesi polkovnik Nadeem Çaudhari və Pakistan Hərbi Hava Qüvvələrinin iki zabiti də iştirak edib.

“Azeri Defence”nin hərbi mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, Pakistan gələcəkdə “TurAz Qartalı” təlimində iştirak etmək niyyətindədir. Bu baş tutarsa, təlim üçtərəfli formata keçəcək.

Qeyd edək ki, “TurAz Qartalı/ TurAz Şahini” hərbi hava təlimi 2014-cü ilin sentyabr ayından ildə bir dəfə Azərbaycanda və bir dəfə Türkiyədə olmaqla keçirilir.