30/11/2013 15:04

Pakistan Türkiyə şirkətinin dəstəyi ilə Dənizdə Dəstək Tankerinin inşasına başlayıb-FOTO

Pakistan Dəniz Qüvvələri üçün Türkiyənin STM şirkətinin layihəsi əsasında tikiləcək Dənizdə Dəstək Tankerinin qaynaqlanması ilə inşasına başlanıb. STM şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, gəminin ağırlığı 15600 ton, uzunluğu 156 metr, sürəti 20 dəniz mili təşkil edəcək. Gəmidə 168 nəfər xidmət edəcək.

Gəmi dənizdə hərəkət edən digər donanma ünsürlərinə yanacaq, su kimi mayeləri, qida, dərman kimi bərk yüklərin nəqlini reallaşdıra biləcək. Gəmidə təcili vəziyyətlərdə istifadə edilmək üzrə bir xəstəxana mövcuddur. gəminin arxa hissəsində bir helikopter anqarı və helikopter meydançası mövcuddur.

Qaynaq mərasiminə Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar, Pakistan rəsmiləri, Pakistanın müdafiə sənayesi naziri Rana Tanvər, STM baş direktoru Rəcəb Barut və digər şəxslər qatılıblar.

Tədbirdə çıxış edən Murad Bayar bildirib ki, STM və Karaçi Tərsanəsi arasında layihə üzrə müqavilə 2013-cü il yanvarın 22-də imzalanıb.