23/11/2016 14:14

Pakistan Ukraynanın iştirakı ilə tank parkını müasirləşdirəcək

Karaçi şəhərində keçirilən İDEAS-2016 beynəlxalq müdafiə sərgisi çərçivəsində Ukrayna və Pakistan arasında tankların modernləşdirilməsinə dair müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, “Ukrspetseksport” Dövlət Şirkətinin baş direktoru Pavel Bukin və HIT TAXILA müəssisəsinin sədri general-leytenant Vacit Səid Hüseynin imzaladığı müqavilə çərçivəsində Pakistan Ordusunun silahlanmasında yer alan 220-dək “Əl Xalid” (T-80UD) tankının modernləşdirilməsi nəzərdə tutulur.

Müqavilə çərçivəsində Ukrayna müəssisələri Pakistandan 600 milyon dollardan çox sifariş alacaq.