25/11/2016 21:07

Pakistan və Azərbaycan müdafiə sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq

Karaçi şəhərində keçirilən İDEAS-2016 beynəlxalq müdafiə sərgisi çərçivəsində

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ilə Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseynin (Rana Tanveer Hussain) görüşü olub.

Bu barədə “AzeriDefence”yə Pakistanın Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sektorunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Tanvir Hüseyn Pakistanın baş nazirinin verdiyi tapşırığa əsasən Azərbaycanla müdafiə sənayesi sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində çalışıldığını qeyd edib.

Görüşdə Pakistan və Azərbaycan arasında müdafiə sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb. Hər iki tərəf əməkdaşlığın daha geniş sahələri əhatə etməsi üçün texniki səfərlərə və təcrübə mübadiləsinə ehtiyac olduğunu vurğulayıb.