27/09/2014 11:06

Pakistan “yer-yer” tipli yeni raketinin testini keçirdi

Pakistan “Hatf IX” (Nasr) “yer-yer” tipli qısa məsafəli raketinin atış sınaqlarını keçirib. Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr direktoratlığına (İSPR) istinadən məlumat verib.

Raket buraxılışı 4 buraxıcı qurğudan həyata keçirilib. “Nasr” 60 km mənzilə və uçuş zamanı manevr etmə xüsusiyyətlərinə malikdir.

Uçuş testlərini Pakistan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən izlənilib.

Pakistan Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmud bu raketi ölkəsinin müdafiə sənayesinin uğuru kimi qiymətləndirib.