22/11/2017 12:09

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübeyr Mahmud Həyat Azərbaycana səfərə gəlir.

“AzeriDefence”nin məlumatına görə, səfər bu gün – noyabrın 22-də başlayır.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Müdafiə Nazirliyində, həmçinin Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl sentyabr ayında Pakistan Hərbi Hava Qüvvələrinin komandanı da Azərbaycanda səfərdə olub.