22/06/2016 23:08

Pakistanın dənizaltılarını Türkiyənin STM şirkəti modernizə edəcək

Türkyənin STM şirkəti Pakistan Müdafiə Sənayesi Nazirliyinin elan etdiyo “Agosta 90B” (“Xalid” sinifli) dənizaltılarının modernləşdirilməsi tenderinin qalibi olub.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə STM şirkəti məlumat yayıb.

Pakistan Hərbi Dəniz Qüvvələrinin inventarında yer alan “Agosta 90B” sinifli dənizaltıların modernləşdirilməsi layihəsi üzrə beynəlxalq tenderdə içtirak edən STM rəqibi olan bu dənizaltıları istehsal etmiş Fransanın DCNS şirkətinə qalib gəlib. Layihə çərçivəsində cəmi 3 dənizaltının (dənizaltılardan biri modernləşdirilməsi dəqiqləşib) müasirləşdirilməsi planlaşdırılır.

Bununla bağlı STM və Pakistan Müdafiə Sənayesi Nazirliyi arasında müqavilə iyunun 22-də Ravalpindi şəhərində imzalanıb.

Modernləşdirmə işləri Pakistandakı yerli tərsanədə həyata keçiriləcək. Layihə üzrə ilk dənizaltı 45 ay sonra təhvil veriləcək. Digər dənizaltıların isə bir il ara ilə modernləşdirilməsi nəzərdə tutulur.

2083 ton ağırlığında “Agosta 90B” sinif dənizaltıların çuzunluğu 76 metr, sürəti 12 mildən 20,5 milədəkdir. 350 metr dərinliyə enə bilən dənizaltının heyəti 41 nəfərdir.

Pakistan Fransadan “Agosta 90B” sinifli PNS/M Khalid adı verilmiş ilk dənizaltını 1999-cu ildə (müqavilə 1994-cü ildə imzalanıb), PNS/M Saad adlı ikinci dənizaltını 2002-ci, PNS/M Hamza adlı dənizaltını isə 2006-cı ildə alıb.

agosta8

Agosta 90B sinifli dənizaltı