27/02/2017 13:55

Pakistanın GİDS şirkəti Azərbaycana texnologiya transferi edəcək

Pakistanın GIDS (Global Industrial & Defence Solutions) dövlət şirkəti Azərbaycanın güc strukturları və silahlı qüvvələri ilə məhsul ixracına dair müqavilələr bağlayıb.

Bu barədə “Azeri Defence”yə müsahibəsində GİDS şirkətinin İdarə Heyətinin sədri, ehtiyatda olan general-mayor Tariq Cavaid bildirib.

T.Cavaidin sözlərinə görə, şirkət Azərbaycanın Daxili Qoşunlarına bəzi məhsulların çatdırılmasını təmin edib. Bunlar dəbilqə, tüstü qumbaraları və digər məhsullardır.

Şirkət eyni zamanda Hərbi Dəniz Qüvvələri ilə idarəetmə sisteminin çatdırılmasına dair müqavilə imzalayıb. Hazırda müqavilə Azərbaycan hökumətində təsdiq mərhələsindədir.

GIDS rəhbəri Azərbaycanla PAKFİRE artilleriya atəş idarəetmə sisteminin alğı satqısı, eləcə də Müdafiə Sənayesi Nazirliyi ilə bəzi məhsulların istehsalı üçün texnologiya transferinə dair görüşmələrin və ilkin razılıqların əldə olunduğunu qeyd edib.

______

T.Cavaidin müsahibəsi tam şəkildə AZERİ DEFENCE jurnalının mart-aprel sayında yayımlanacaq.