24/03/2018 19:12

Pakistanın hərbi paradında ATAK helikopterləri də nümayiş olundu – VİDEO

Pakistan Günü münasibəti ilə İslamabad şəhərində keçirilən hərbi paradda ilk dəfə olaraq Türkiyə istehsalı olan T-129 ATAK zərbə helikopterləri də nümayiş olunub.

“AzeriDefence”nin məlumatına görə, yayımlanan videoda 3 ədəd T-129 ATAK helikopterinin paradın keşirildiyi meydanın üzərindən uçduğu görünür.

T-129 ATAK helikopterinin Pakistanda sınaqları 2016-cı ildə keçirilib. Sınaqlar ölkənin şimalındakı dağlı ərazidə sərt hava şəraitində keçirilib və uğurlu olub.

Bəzi məlumatlara görə, Pakistanın Türkiyədən 2 ATAK eskadrilyası almaq planı var.