20/06/2019 16:00

Pakistanın HHQ Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Pakistan Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Cənubi Afrika Respublikası, Oman və Çin HHQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tanışlıq səfəri çərçivəsində briqada generalı Məhəmməd Camal Ərşadın başçılıq etdiyi heyət Azərbaycan Hərbi Hava Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.