11/04/2018 17:22

Pakistanın yeni inşa olunan hərbi gəmisi test edilib

Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Türkiyənin STM şirkətinin baş podratçılığı ilə inşa edilən təchizat gəmisinin dənizdə ilk sınaqları keçirilib.

Bu barədə “AzeriDefence”yə STM şirkətindən məlumat verilib.

Bildirilib ki, Pakistan Dənizdə Təchizat Gəmisi (PNFT) indeksi almış gəminin ilk hərəkət testləri uğurla tamamlanıb.

Pakistan Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün STM tərəfindən dizayn olunan və KS&EW (Karachi Shipyard and Engineering Works) tərəfindən Pakistanda inşa edilən PNFT-nin uzunluğu 158.40 metr, su basımı 16.400 ton təşkil edir.

Pakistan Hərbi Dəniz Qüvvələrinin PNS MOAWIN adını verdiyi PNTF təchizat gəmisi Karaçi limanından yola düşərək Hind okeanına qədər məsafə qət edib.

Məlumatda o da qeyd olunub ki, tamamilə yeni dizayn, sinfinin ilki olan və bir çox yerli sənaye məhsulunun istifadə edildiyi gəminin təcrübələrindən alınan nəticələr Pakistan və Türkiyə müdafiə sənayesi əməkdaşlığı üçün qürur mənbəyidir. PNFT-nin sınaqları plana uyğun davam etdiriləcəkdir.