02/10/2017 10:00

“Pansir”in atış uzaqlığı artırılacaq

Rusiya “Pansir” zenit-raket-top kompleksinin yeni versiyası olan, artırılmış atəş uzaqlığına malik “Pansir-SM”in yaradılmasına 2018-ci ildə başlamağı planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiyanın müdafiə nazirinin müavini Yuri Borisov bildirib.

Belə planın olduğuna diqqət çəkən nazir müavini qeyd edib ki, “Pansir-SM” AFAR radarı və çoxfunksiyalı nişangah kompleksi ilə təchiz olunacaq.

Beləliklə kompleksin nişangah atəş uzaqlığı “Pansir-S1” ilə müqayisədə iki dəfədən çox – 40 kilometrədək artacaq.