26/06/2013 07:53

Paradın siyahısından bəzi texnikalar çıxarılıb

Bakıda iyunun 26-sı keçiriləcək hərbi parada iştirak edəcək texnikaların siyahısında müəyyən dəyişikliklər edilib. Bu barədə “AzeriDefence”yə ötən gün paradın baş məşqində iştirak edən Silahlı Qüvvələrin yüksək rütbəli zabitlərindən biri məlumat verib.

Zabit texnika siyahısındakı dəyişikliklərin səbəbləri barədə məlumat verməsə də xeyli sayda hərbi texnikanın ötən həftənin sonlarında siyahıdan çıxarıldığını vurğulayıb. Məlumatlara görə, siyahıdan çıxarılan hərbi texnikalar arasında hava hücumundan müdafiə sistemləri, pilotsuz aparatlar və bir neçə adda zirehli transportyorlar olub.

Türkiyədən alınmış 300 mm çaplı “Kasırğa” topçu atəş sistemi isə parada tam hazır olmadığı üçün çıxarılmayacaq.

Müdafiə Nazirliyindən isə xəbəri rəsmən dəqiqləşdirmək mümkün olmayıb.