30/11/2015 16:52

“Paramount Group” Qazaxıstanda ildə 200 zirehli maşın istehsal edəcək – FOTOLAR

“Kazakhstan Paramount Engineering” şirkəti Astanada zirehli avtomobillərin istehsalı ilə məşğul olacaq yeni zavod istifadəyə verib.

Şirkətdən “AzeriDefence”yə verilən məlumata görə, açılış mərasimində Qazaxıstanın prezidenti Nursultan Nazarbayevlə yanaşı, bu ölkənin müdafiə naziri İmangəli Tasmaqanbetov, “Paramount Group” şirkətinin prezidenti Ayvor İçikoviç və “Kazakhstan Engineering”in direktoru Erlan İdrisov da iştirak edib.

Müəssisə barədə “Paramaunt Group” şirkətinin prezidenti Ayvor İçikoviç məlumat verib. O deyib ki, 15 000 м² ərazini əhatə edən zavodda ildə 200 avtomobil istehsal edilə biləcək.

Onun sözlərinə görə, zavodda ilkin olaraq Qazaxıstanda “Arlan” adı ilə “Marauder” zirehli maşınlarının istehsalına başlanılıb. Bu maşın Qazaxıstanın relyefini və hava şəraitini nəzərə alınaraq istehsal edilib.

A.İçikoviç bildirib ki, bu müəssisə Qazaxıstanla Cənubi Afrika Respublikası arasında əlaqələri genişləndirəcək və gələcək uğurlu addımların atılmasına təkan verəcək. Yaxın gələcəkdə zavodun dünya arenasında mühüm yerlərdən birini tutacağı da istisna deyil.

2

3

4

5