16/09/2012 16:07

Paramount Group AAD-2012 sərgisində çoxsaylı məhsullarla çıxır

Paramount Group şirkəti gələn həftə CAR-ın Pretoriya şəhərində keçiriləcək AAD-2012 (Afrika Aviasiya və Müdafiə) sərgisində geniş çeşiddə məhsul və xidmətlərini nümayiş etdirəcək. Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətindən məlumat verilib.

Sentyabrın 19-dan 23-dək davam edəcək sərgidə Paramount Group tarixində ən böyük nümayişini reallaşdırmağı planlaşdırır. Bu sərgidə daha bir yeni məhsulunu tanıdacağını bildirən şirkət yeni məhsulun nə olduğunu hələlik açıqlamayıb.

“Son iki ildə Paramount Group önəmli ticari böyümə yaşadı. Yaxın Şərq, Cənubi Afrika və Cənubi Asiya kimi sürətlə böyüyən bazarlara daxil oldu. Aviasiya, elektronik sistemlə və ərazi sistemləri ilə yanaşı sülhyaratma və daxili təhlükəsizlik sahələrində yeni, çeşidli texnologiyalar təqdim etdi”, -deyə şirkətin məlumatında bildirilib.

Şirkət AAD-2012 sərgisində minaya qarşı qorumalı, düz gövdəli MBOMBE döyüş maşınını, MARAUDER tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsini, AHRLAC adlı yüngül təyyarəni və s. nümayiş etdirəcək.