26/02/2013 08:11

Paramount Group: Azərbaycan “Mbombe” maşını na böyük maraq göstərir

“Paramount Group” Azərbaycana “Mbombe” döyüş maşınlarını təklif edib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Paramount Group” şirkətinin prezidenti Ivor Ichikowitz məlumat verib.

Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını deyən şirkət rəhbərinin sözlərinə görə, Azərbaycan “Paramount Group”un spn texnologiyalarından olan “Mbombe”yə böyük maraq göstərilir və bu istiqamətdə danışıqlar davam aparılır.

“Bizim Azərbaycanla əməkdaşlığımız tək sifarişlər üzərində qurulmur. Eyni zamanda öz texnologiyalarımızı Azərbaycana transfer edib sənaye qururuq”, – deyə Ivor Ichikowitz vurğulayıb.

Qeyd edək ki, yeni nəsil döyüş maşını sayılan “Mbombe”nin boş halda çəkisi 16 tondur. 6×6 konfiqurasiyalı maşının maksimal sürəti 100 km/saat, bir dəfəyə hərəkət diapazonu 700 km təşkil edir. “Mbombe” gücləndirilmiş mina əleyhinə müdafiəsinə malikdir.