08/11/2013 12:51

Paramount Group gəmi sənayesinə diqqət yönəldir

Afrikanın ən böyük müdafiə şirkəti olan Paramount Group “Nautic Africa” gəmiqayırma şirkətini əldə edib.Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətindən məlumat verilib.

“Nautic Africa” şirkəti müxtəlif ölçülü və təyinatlı gəmilərin istehsalını həyata keçirir. Paramount Group şirkətinin icraçı sədri Ayvor İçikovitz (Ivor Ichikowitz) bildirib ki, hazırda Afrika piratlıq və digər dəniz təhlükələri ilə üz-üzədir və bu təlküələrin azaldılması vacibdir: “Afrika dövlətləri dəniz tələbləri üçün ABŞ, Avropa və Asiyaya baxmalı deyil. Artıq burada innovasiya bacarıqları, güc və ruh var. “Nautic Africa” bizim yenilikçi gəmiqayırma sənayesinə artan tələbi qarşılayacaq və 21-ci əsrin tələblərinə uyğun həlləri təqdim edəcək”.

Məlumatda qeyd olunub ki, “Nautic Africa” yüksək sürətli, 9- 90 metr uzunluqda ballistik müdafiəyə malik alüminium gövdəli patrul gəmilərinin istehsalı üzrə ixtisaslaşıb. “Nautic”in gəmiləri qanunsuz narkotik və insan alverinə qarşı, habelə neft və qaz infrastrukturunun mühafizəsi, anti-pirat əməliyyatları üçün ideal sayılır.

Bu gün Paramount Group və “Nautic Africa 42 metrlik Trimaran patrul gəmisinin yaradılmasına başlanıldığın elan edib. Bu cür gəmi Cənubi Afrikada ilk dəfədir inşa edilir.