30/01/2013 11:22

Paramount Group İDEX-2013 sərgisində yeniliklərini təqdim edəcək

Cənubi Afrika Respublikasının (CAR) ən böyük müdafiə şirkətlərindən olan Paramount Group fevralın 17-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçiriləcək İDEX-2013 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətindən məlumat verilib.

ABU Dabi Milli Sərgi Mərkəzində (ADNEC) təşkil olunacaq sərgidə Paramount Group CP-330 nömrəli stenddə yer alacaq.

Şirkət ziyarətçilərinə aerokosmik, dəniz, elektron və quru sistemləri sahəsində yenilikləri təqdim edəcək.