13/05/2014 11:50

Paramount Group “Mbombe” üçün ilk sifarişi İordaniyadan aldı

CAR-ın Paramount Group və İordaniyanın KADDB Investment Group şirkətinin birgə təsis etdiyi Arabian Defence Industries (ADI) müəssisəsi İordaniya Silahlı Qüvvələrindən “Mbombe” döyüş maşınlarının çatdırılmasına dair sifariş alıb.

Bu barədə “AzeriDefence” “Defenceweb” saytına istinadən məlumat verib.

6×6 təkər formuluna malik “Mbombe” gücləndirilmiş mina əleyhinə müdafiəsi ilə seçilən təkərli zirehli döyüş maşınıdır. STANAG 4569 Level IV müdafiə səviyyəsini təmin edən “Mbombe”nin zirehi B-32 zirehdeşən güllələrindən, habelə 200 metr məsafədən 14,5×114 mm çaplı KPVT pulemyotunun atəşindən mühafizə edir.

Düz gövdəyə malik döyüş maşının döşəməsi altda 10 kq TNT partlayışına davam gətirir.

“Mbombe” ilk dəfə 2010-cu ildə Keyptaunda keçirilmiş AAD-2010 müdafiə sərgisində nümayiş etdirilib.