24/02/2015 08:05

“Paramount Group” və KADDB “Mbombe”nin İordaniyada istehsalına dair müqavilə imzalayıb

CAR-ın “Paramount Group” şirkəti İordaniyanın KADDB şirkəti ilə dünyanın ən təkmilləşdirilmiş zirehli maşını – 6×6 “Mbombe”lərin istehsalı ilə bağlı müqavilə imzalayıb.
“AzeriDefence”nin məlumatına görə, müqavilə Abu Dabide İDEX-2015 sərgisində elan edilib.

Sərgi çərçivəsində 50 ədəd maşının istehsalı ilə bağlı müqaviləni KADDB-nin icraçı direktoru, general-mayor Omar əl-Kaldi və “Paramount Group”un sədri Ayvor İçikovitz imzalayıb.

Omar əl- Kaldi bildirib ki, “Mbombe”lərin İordaniyada istehsalı Yaxın Şərqdə artan müdafiə sənayesi potensialı çərçivəsində böyük bir addımdır.

““Mbombe” bu regionda müdafiəq qüvvələrin tələblərinə tam uyğundur”, – deyə general qeyd edib.

A.İçikovitz isə bildirib ki, İordaniyanın 6×6 “Mbombe”lərin alınması ilə bağlı qərarından xeyli məmnundur: “İordaniya Yaxın Şərgdə sülh və stabilliyinin təmin edilməsi istiqamətində strateji mövqeyinə malikdir”.