17/02/2017 18:36

“Paramount Group” yeni müdafiə texnologiyalarını İDEX-2017 sərgisində nümayişə çıxarır

“Paramount Group” şirkəti İDEX-2017 beynəlxalq müdafiə sərgisində özünün ən son innovativ yer, dəniz və hava platformalarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Paramount Group” şirkətindən məlumat verilib.

Şirkətin açıqlamasında bildirilib ki, son illər “Paramount Group”un Yaxın Şərqdə iştirakı artıb. Şirkət region ölkələrinin qabaqcıl müdafiə texnologiyaları ilə təchizatında mühüm rol oynayır.

İDEX sərgisində “Paramount Group” AHRLAC təyyarəsinin hərbiləşdirilmiş versiyası olan “Mwari”ni təqdim edəcək. “Mwari” öz imkanlarına görə böyük sinif təyyarələrlə eynidir. Üzərindəki sensorlar vasitəsi ilə təyyarə 30000 fut yüksəklikdən görüntü əldə etməyə imkan verir. Bu təyyarə özündə helicopter və kəşfiyyat təyyarəsinin texnologiyalarını birləşdirir. “Mwari”nin ucuz qiyməti və aşağı əməliyyat xərcləri ona hava qüvvələri tərəfindən bpyük maraq yaradır.

“Paramount Group” şirkətinin təsisçisi və icraçı sədri Ayvor İçikovitz (Ivor Ichikowitz) bildirib ki, rəhbərlik etdiyi şirkət Yaxın Şərqdə yerli şirkətlərlə öz təcrübəsini bölüşür və tərəfdaşlar qazanaraq fəaliyyətini genişləndirir.

“Səudiyyə Ərəbistanı 2030-cu ildə hərbi avadanlıqların satın alınması xərclərinin 50% -dən çox lokallaşdırılması məqsədi “Vizion 2030” kampaniyası başlatdı, Körfəz bölgəsində yaranan belə nümunələr var. Düşünürəm ki, bu məqsədlər yalnız tərəfdaşlıq yolu ilə həll edilə biləcəkdir”, – deyə A. İçikovitz qeyd edib.