30/12/2014 06:54

Parisdə oğurlanmış Türkiyənin JNG-90 “Bora-12” snayper tüfəngi tapılıb

Bu ilin iyun ayında Parisdə keçirilmiş “Eurosatory-2014” müdafiə sərgisində MKE şirkətinin stendindən oğurlanmış JNG-90 “Bora-12” snayper tüfəngi tapılıb. Bu barədə “AzeriDefence” Türkiyənin “C4 Defense” saytına istinadən məlumat verib.

Saytın məlumatına görə, fransız polisi bu günlərdə tüfəngi taparaq MKE-yə göndərib. Amma, silahın harada və necə tapılması, Kim tərəfindən oğurlanması barədə məlumat verilməyib.

MKE fabrikində analiz olunmuş silahın iç mexanizmlərinə toxunulmadığı, içindən hansısa mexanizmlərin çıxarılmadığı təsbit olunub.

Tüfəngin oğurlandığı formada ortaya çıxması ilə əlaqədar Türk yetkililəri oğruların sərgidə ilk dəfə nümayişə çıxarılmış MPT-76 yerinə yanlışlıqla “Bora-12”ni oğurlamalarından şübhələnirlər.