16/11/2016 21:28

Partlayıcıları dron vasitəsi ilə aşkarlayan texnologiya hazırlanıb

“Laser Detect System (LDS)” şirkəti pilotsuz uçuş aparatı (PUA) üzərində partlayıcı aşkarlayan lazer sistem hazırlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, “SpectroDrone” adı verilən sistem ilk dəfə olaraq noyabrın 15-16-da İsrailin Tel-Aviv şəhərində keçirilən “HLS & Cyber Expo” sərgisində nümayiş etdirilib.

Sistem çox funksiyalı “Airobotics Optimus” multikopteri üzərində sərgilənib.

“SpectroDrone” sistemi əl qumbaralarını, qazı, maye, toz və ya yığın halında olan kimyəvi birləşmələri etibarlı bir məsafədən aşkar edir.

Sistemin effektiv mənzili 3 000 metrdir.

Sistemin fərqli materialları uzaqdan analiz edə bilmə qabiliyyəti dağ-mədən və digər sənaye əməliyyatlarda da istifadəsinə imkan verir.