27/07/2016 19:28

Partlayışda xəsarət alan daha 2 nəfər evə buraxılıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alanlardan daha 2 nəfəri evə buraxılıb.

Bu barədə “AzeriDefence”yə MSN-nin mətbuat xidmətindən məlumat veilib.

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən“Araz” zavodunun utilizasiya sahəsində baş vermiş partlayış zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən daha 2 nəfəri bu günün sonunda evə buraxılıb.

Xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.