31/12/2016 09:55

“Patriot” ZRK-ların satışına dair müqavilə imzalanıb

ABŞ-ın “Raytheon” şirkəti “Patriot” zenit-raket kompleksinin (ZRK) satışına dair 600 milyon dollar dəyərində müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Müqavilə hazırda “Patriot” sisteminə sahib 13 ölkədən biri ilə bağlanıb.

Razılaşma çərçivəsində “Reytheon” şirkəti istehsal etdiyi “Patriot” sisteminin ən aktual konfiqurasiyasını sifarşçiyə təhvil verəcək.

“Patriot” ZRK “Configuration 3+” sayəsində PAC-3 MSE zenit-raketindən də istifadə edə biləcək.