12/09/2019 18:48

Pentaqon Azərbaycana 10.1 milyon dollar dəyərində kəşfiyyat avadanlığı verəcək

ABŞ Müdafiə Nazirliyi Azərbaycanın Dəniz Təhlükəsizliyi Proqramını dəstəkləmək üçün VSE Corporation İnc. (mərkəzi ofisi Virciniya ştatında) şirkətini 10 082 812 dollar dəyərində müqavilə ilə təltif edib.

“AzeriDefence”nin bildirdiyinə görə, Pentaqon bu barədə qərarını sentyabrın 10-da elan edib.

Adıçəkilən şirkət Xarici Hərbi Satış proqramı çərçivəsində Pentaqonun ayırdığı vəsait hesabına Azərbaycanın müvafiq qurumlarını antiterror və kəşfiyyat avadanlıqları, habelə xidmət və təlimlərlə təchiz edəcək.

Müqavilə üzrə çatdırmalar 2020-ci ilin sentyabr ayında tamamlanacaq.