05/05/2013 11:54

Pentaqon Samsung Galaxy S4-ə icazə verdi

Samsung şirkətinin ən yeni smartfonu olan Galaxy S4 ABŞ Müdafiə Nazirliyinin təhlükəsizlik səviyyəsi testlərindən keçib. Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Testlərdən uğurla keçən Galaxy S4-ün müdafiə sənayesində və Pentaqona bağlı qurumlarda istifadəsinə icazə verilib.

Galaxy S4 Pentaqonun testlərindən keçərək istifadəsinə icazə verilmiş ilk Cənubi Koreya istehsalı olan smartfondur. Pentaqona bağlı müdafiə şirkətləri və digər qurumlar indiyədək BlackBerry smartfonlarından istifadə edib.