30/09/2017 15:32

Pentaqon SDB II bombalarından təkrar sifariş verib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Raytheon” şirkəti ilə stasionar hədəflərə düz düşmə qabiliyyətinə malik SDB II (Small Diameter Bomb II) kiçik çaplı bombalara dair 450 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” “Raytheon” şirkətinin saytına istinadən məlumat verib.

Müqaviləyə əsasən “Raytheon” Pentaqon üçün istehsal edəcəyi SDB II bombalar üzrə texniki və dizayn, inteqrasiya, sınaq və mühəndislik işlərini yerinə yetirəcək.

Müqavilə çərçivəsində aparılacaq işlərin 31 avqust 2024-cü ilədək başa çatdırılacağı nəzərdə tutlub.

Məlumatda o da qeyd olunub ki, ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri F-35 döyüş təyyarəsi və F/A-18 E/F “Super Hornet” təyyarələrinə SDB II-nin inteqrasiya olunmasını davam etdirir. “Raytheon” bu il F-15E “Strike Eagle” təyyarələrinə SDB II bombalarının inteqrasiyasını tamamlayacaq.

Qeyd edək ki, SDB II bombası 40 mildən (75 km) uzaq məsafədə seçilmiş hədəfləri vura bilər. Bombanın güclü döyüş başlığı zirehli hədəfi məhv edir. Əlaqə kanalları uçuş zamanı bombanı seçilmiş hədəfə istiqamətləndirməyə imkan verir.