21/08/2019 11:24

Pilot Rəşad Atakişiyevin vida mərasimi keçirilib – FOTO

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində iyulun 24-də təlim-məşq uçuşları zamanı Xəzər dənizi üzərində qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, vida mərasimində mərhum pilotun yaxınları, zabit yoldaşları, komandanlıq, ictimaiyyət nümayəndələri iştirak edib.

Pilot II Fəxri Xiyabanda dəfn edilib.

Pilot R. Atakişiyevin nəşi avqustun 20-də tapılıb.