05/12/2017 13:14

“Piper” təlim təyyarəsi meşəyə qəza enişi edib

Qvatemalada “Piper” tipli tək mühərrikli PA-28 “Cherokee” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “AzeriDefence” “Kokpit.aero” agentliyinə istinadən xəbər verib.

PA-28 “Cherokee” təlim uçuşları zamanı mühərrikdə yaranan nasazlıq səbəbiylə meşəlik sahəyə məcburi eniş edib.

Eskuintla şəhəri yaxınlığında baş verən qəzada ölən və ya yaralanan olmayıb.